
Azərbaycan xalqının ictimai-siyasi həyatında elə şəxsiyyətlər var ki, onların fəaliyyəti təkcə bu günün deyil, gələcək nəsillərin də taleyinə işıq tutur. Belə dəyərli ziyalılardan biri də Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, tarixçi-alim, çoxsaylı elmi və publisistik əsərlərin müəllifi Əziz Ələkbərlidir.Əziz Ələkbərli uzun illərdir ki, Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması, sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial fəaliyyət göstərir. Onun müəllifi olduğu saysız-hesabsız kitablar, elmi məqalələr və tədqiqatlar Qərbi Azərbaycandan zorla deportasiya edilmiş soydaşlarımızın taleyini, tarixi ədalətsizliyi və xalqımıza qarşı aparılmış məqsədli siyasəti faktlara əsaslanaraq ortaya qoyur.Qərbi Azərbaycan İcmasının sədri kimi Əziz Ələkbərli bu müqəddəs missiyanı təkcə elmi müstəvidə deyil, həm də ictimai-siyasi platformalarda uğurla davam etdirir. Onun təşəbbüsü və rəhbərliyi ilə icmanın fəaliyyəti daha da sistemli xarakter almış, Qərbi Azərbaycan məsələsi beynəlxalq gündəmdə öz layiqli yerini tutmağa başlamışdır.Milli Məclisin deputatı kimi Əziz Ələkbərli dövlətçilik maraqlarına sadiqliyi, prinsipial mövqeyi və xalqın səsini parlament tribunasından cəsarətlə çatdırması ilə seçilir. O, öz fəaliyyəti ilə ziyalılıq məsuliyyətinin, vətənpərvərliyin və milli təəssübkeşliyin bariz nümunəsini nümayiş etdirir.Əziz Ələkbərli həm alim, həm ictimai xadim, həm də vətəndaş kimi tarix qarşısında böyük missiya daşıyan şəxsiyyətdir. Onun zəngin irsi və fədakar fəaliyyəti Qərbi Azərbaycan həqiqətlərinin unudulmamasına, milli yaddaşımızın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.Belə dəyərli ziyalının fəaliyyəti hər birimiz üçün nümunədir və əminliklə demək olar ki, Əziz Ələkbərlinin adı Azərbaycan tarixində Qərbi Azərbaycan mübarizəsinin simvol adlarından biri kimi yaşayacaqdır.
Hörmətlə, ictimai fəal Vaqif Məhəmməd Oğlu