Gündəm

Generalın yerinə o təyin edildi

Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə polkovnik Elçin Abdullayev Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.

Məlumat nazirliyin mətbuat xidmətindən təsdiq edilib.

Qeyd edək ki, son vaxtlar Müdafiə Nazirliyində kadr islahatları aparılıb. Bir sıra yüksək vəzifəli şəxslər işdən çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button