Gündəm

“Millət vəkili Günay Ağamalı Neftçalada Balıq Festivalında iştirak etdi”

Bu gün Neftçalada keçirilən Balıq Festivalında böyük məmnuniyyətlə
iştirak etdik. Ölkəmizin bölgələrinin iqtisadi potensialının üzə çıxarılması, yerli istehsalın təşviqi və turizm imkanlarının genişlənməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir. Neftçala bu sahədə öz uğurlu nümunəsini formalaşdıraraq, həm yerli icmanın sosial həyatına rəng qatır, həm də regionun tanıdılmasına mühüm töhfə verir.

Xüsusilə qeyd etmək istərdim ki, festivalın bu qədər möhtəşəm şəkildə təşkil olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin yüksək peşəkarlığı mühüm rol oynayır. Təşkilatçıların detallara həssas yanaşması, geniş iştirakçılıq, müxtəlif tematik guşələr və yerli məhsulların təqdimatı tədbirə xüsusi ruh qatdı.

Festival çərçivəsində təqdim olunan məhsullar, yerli sahibkarların fəallığı, balıqçılıq ənənələrinin yaşadılması xüsusilə təqdirəlayiqdir. Bu kimi tədbirlər bölgələrimizin iqtisadi imkanlarını artırmaqla yanaşı, kənd təsərrüfatına və qida sənayesinə olan marağı daha da gücləndirir.

Festivalın uğurlu təşkilinə görə Neftçala İcra Hakimiyyətinə və bütün əməyi keçənlərə təşəkkür edirəm.

Ölkəmizin hər bölgəsi inkişaf edir, hər bölgə gələcəyimizə dəyər qatır.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

04 Dekabr 2025-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button