İdman

Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi dekabrın 13-də Kəlküttəyə (Hindistan) səfər edəcək və orada öz heykəlinin açılışında iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Abidə 21 metr hündürlüyündədir. Heykəldə Messi Argentina millisi ilə 2022-ci ildə qazandığı Dünya Kubokunu əlində tutarkən təsvir edilib.

Heykəl 45 gün ərzində 27 nəfərin iştirakı ilə hazırlanıb.

Məlumata görə, Messinin komanda yoldaşları – uruqvaylı Luis Suares və argentinalı Rodriqo De Paul da açılış mərasimində iştirak edəcəklər.

Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button