Cəmiyyət

Bu gün Azərbaycan təhsilində misilsiz əməyi əziyyəti olmuş Bərdəmizin fəxri Püstə müəllimə haqqında yazmışam.

Mehdiyeva Püstə Tahir qızı 1961 ci ildə Bərdə rayonunun Həsənqaya kəndində anadan olub.Orta məktəbi də orada əla qiymətlərlə başa vuraraq Şuşa Beynəlmiləl Pedaqoji məktəbinə daxil olub, 1980 cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək, pedaqoji fəaliyyətinə Bərdə rayonunun Saatlı kənd orta məktəbində başlamışdır. Daha sonra təhsilini davam etdirmək məqsədilə Gəncə Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1992- ci ildə həmin universitetin “İbtidai təhsil metodikası və pedaqogikası” fakültəsini də əla qiymətlərlə bitirmişdir. O vaxtdan Bərdə şəhər 5 saylı orta məktəbində fəaliyyətini davam etdirmişdir, 2004 cü ildən seçim əsasında Ak Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb liseydə ibtidai sinif müəllimi olaraq fəaliyyətini davam etdirir. Püstə müəllimənin 44 illik fəaliyyəti dövründə cəmiyyətimiz, vətənimiz üçün yararlı vətəndaşlar yetişdirmişdir. 2000-ci və 2010 cu il arası dövrlərdə Azərbaycan Müəllimlər İnstitutunda dayaq məntəqələrinin rəhbərləri üçün təşkil olunmuş “Öyrədənlərin öyrədəni” proqramı üzrə 3 mərhələli təlim kursunu bitirərək “Öyrədən” statusu almışdır. 2008 ci ildə İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Fəaliyyətinin Təkmilləşdirilməsi” proqramı üzrə, 2009-cu ildə “İnteraktiv təlim metodları” proqramı üzrə, 2011-ci ildə Müasir Təhsil və Tədrisə yardım Mərkəzinin “Kurrikulumun tədrisi” proqramı üzrə təlimlərdə iştrak etmiş və yüksək sərtifikatlar almışdır. 2011-ci ildə Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “XAN QIZI NATƏVAN” mükafatına, 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Təhsil Mərkəzinin “XXI Əsrin Ziyalısı” Fəxri Diplomuna layiq görülmüşdür. 2010-cu ildə respublika üzrə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və dövlət rəhbəri Cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. 2012- ci ilin iyun ayında “Elektron Təhsil” Respublika Müsabiqəsində “İbtidai Təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə respublika birincisi olmuş, qiymətli hədiyyəyə və diploma layiq görülmüşdür. 2013- cü ildə “1 şagird 1 komputer” müsabiqəsinə qoşularaq yüksək bal qazanmış, 247 layihədən müsabiqənin finalına cıxan 10 layihənin qaliblərininn biri də Püstə müəllimə olmuşdur. Vətəninə, xalqına, dövlətinə fədakarlıq edənlərin həmişə əziyyətləri yüksək dərəcədə qiymətləndirilmişdir.
Cənab Prezidentimizin hər sahəyə diqqət və qayğısı olduğu kimi, təhsilədə diqqəti olduqca yüksək olub. Beləki, Püstə müəllimənin 44 illik əmək fəaliyyətinin uğurlu nəticələrinə görə, 2014 cü ildə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr tarixli 756 saylı sərəncamı ilə respublikanın “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 2018-ci il noyabr ayının 18-də keçirilən Azərbaycan Respublikası müəllimlərinin XV qrultayının nümayəndəsi olmuşdur.
2024-cü il 02 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin 4289 saylı sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” Azərbaycan Respublikasının yubley medalı ilə təltif olunmuşdur. Püstə müəllimənin bu əmək fəaliyyətində qazandığı uğurlara görə ürəkdən təbrik edirik, gələcək fəaliyyətinizdə yeni yeni uğurlar arzulayırıq. Sizin kimi müəllimlərlə qürur duyuruq, varlığınız varlığımızdır!!!

Qərbi Azərbaycan az.tv
Vaqif Məhəmməd oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button