Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nicat İsmayılov bildirib ki, Ulu Öndərin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərini mahiyyətinə görə iki qrupa ayırmaq mümkündür: Quruculuq və xilaskarlıq. Hər iki missiyanın öhdəsindən ləyaqət və şərəflə gələn Ulu Öndər Heydər Əliyev dönməz əqidəsi ilə müasir Azərbaycanın şanlı tarixini yaradıb. Məktəbin direktoru Nicat İsmayılov şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verib. Şagirdlər çıxışlarında Heydər Əliyev irsinin öyrənilməsi və geniş təbliğinin vacibliyini qeyd edərək bu yolun davamçıları olacaqlarına əminlik ifadə ediblər.









