
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. Qərbiazərbaycanaz.tv media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.