Qazi Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür.

Müasir Türkiyə Cümhuriyyətinin qurucusu və böyük lideri Qazi Mustafa Kamal Atatürk, türk tarixinin ən möhtəşəm simalarından biridir. O, Qardaş Türkiyə Cümhuriyyətinin azadlığ mübarizəsinin öndəri, qazanılan tarixi qələbələrin simvolu olmuşdur. Onun rəhbərlik etdiyi şanlı türk ordusu Çanakkalada, Sakaryada və bütün cəbhə boyu misilsiz qəhramanlıqlar göstərməklə qanla tarix yazmışdır. Qazi Mustafa Kamal Atatürk 1923-cü ildən etibarən Cümhuriyyətin ilk Prezidenti kimi ölkəsinin varlığı və müstəqilliyi uğrunda əvəzsiz xidmətlər göstərmiş, milli dövlətin əsaslarını yaratmışdır.Atatürk həyata keçirdiyi dərin islahatlar, yenilikçi düşüncə tərzi və uzaqgörən siyasəti ilə Türkiyəni müasir, dünyəvi və demokratik dövlətə çevirmişdir. Onun dövlətçilik prinsipləri, qadın hüquqlarının müdafiəsinə yönəlmiş addımları, təhsil və elm sahəsində apardığı islahatlar, eləcə də iqtisadi inkişaf konsepsiyası bu gün də siyasi və elmi müstəvilərdə geniş şəkildə öyrənilir.10 noyabr 1938-ci ildə Atatürkün vəfatı bütün Türk dünyası üçün böyük bir itki olmuşdur. O, yalnız bir dövlət başçısı deyil, həm də azadlıq, müasirlik və milli qürur rəmzi kimi yaddaşlarda əbədiləşmişdir.Qazi Mustafa Kamal Atatürkün ideyaları bu gün də Türkiyənin və bütün türk dünyasının sosial, siyasi və mənəvi inkişafına istiqamət verən ilham mənbəyidir.Dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
10 Noyabr 2025-ci il.
