Cəmiyyət

I Qarabağ müharibəsi şəhidi Dadaşov Mehman Əsədulla oğlunun anım günü qeyd olundu .

13.05.2024 cü il tarixində Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə

məktəbin məzunu I Qarabağ müharibəsi şəhidi Dadaşov Mehman Əsədulla oğlunun anım günü qeyd olundu .

Anım günündə şagirdlərin ifasında Azərbaycan Dövlət Himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra şagirdlər şəhidin həyatı və döyüş yolu haqqında məlumat verdilər.

Qeyd edək ki, I Qarabağ müharibəsi qəhrəmanlarından biri olan Mehman Əsədulla oğlu Dadaşov 1971ci il mayın 13-də Bərdə şəhərində anadan olmuşdur. 1978 ci ildə Bərdə rayon 2 saylı orta məktəbdə təhsil almağa başlamışdır. 1989 cu ildə həqiqi hərbi xidmətə çağırılmış, 1992 ci ildə isə Laçın rayonunun müdafiəsi üçün yaradılan könüllülər dəstəsinə qoşulmuşdur. 1994 cü ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə itgin düşmüşdür.

Tədbirdə şəhidimizin ailə üzvləri, döyüş yoldaşları, Bərdə rayon icra hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi iştirak etmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

#EduAz#QarabağRTİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button