Gündəm

Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində “Bilik Günü” qeyd olunub.

15 sentyabr 2025-ci il tarixində ölkəmizin bütün təhsil müəssisələrində olduğu kimi, Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində də yeni dərs ilinin başlanması və “Bilik Günü” münasibətilə tədbir keçirilib.

“Bilik insanın cövhəridir” adlı tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məktəbin direktoru Lamiyə Əliyeva çıxış edərək müəllim və şagird kollektivini təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. O, bilik və təhsilin cəmiyyətin inkişafındakı əhəmiyyətindən danışaraq, pedaqoji heyət və şagirdləri məsuliyyətli olmağa və uğurlar qazanmağa çağırıb.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Ruhanə Əliyeva da iştirak edib. O, müəllimlik peşəsinin məsuliyyət və şərəf daşıdığını vurğulayaraq, bütün müəllim və şagirdlərə yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Ənənəyə uyğun olaraq, məktəbdə çalışan müəllimlərin birinci sinifə qədəm qoyan övladlarına məktəbli hədiyyələri təqdim olunub.

Sonda məktəbin istedadlı şagirdlərinin ifasında musiqi nömrələri səslənib, tədbir bədii hissə ilə davam etdirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button