Xəbərlər
Tərtərdə narkotikin satışını təşkil edən şəxs saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Mustafayev saxlanılıb. N.Mustafayevin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.