GündəmXəbərlər

Bərdə rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Respublikamızın hər yerində olduğu kimi Bərdə rayonunda da abadlıq və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir.Hazırda Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yerləşən dörd ədəd çoxmənzilli yaşayış binalarının qarşısında genişmiqyaslı abadlıq işləri icra olunur. Abad məhəllə salınması məqsədi ilə görülən işlər çərçivəsində 730 metr bordürün yenilənməsi, 2560 kv.m sahədə tamet daşlarının döşənməsi, doqquz ədəd işıqlandırma dirəklərinin müasir tələblərə uyğun şəkildə dəyişdirilməsi, həmçinin binaların qarşısında 4200 kv.m sahədə asfalt örtüyünün tətbiqi nəzərdə tutulur.Eyni zamanda ərazidə yerləşən köhnə doqquz mərtəbəli yaşayış binasında uzun illərdir istismar üçün yararsız vəziyyətdə olan lift yenisi ilə əvəz olunmuşdur. Bu addım bina sakinlərinin gündəlik rahatlığının və təhlükəsizliyinin təmin olunmasına xidmət edir.Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev aparılan işlərlə yerində tanış olmuş, abadlıq işlərinin keyfiyyətli və vaxtında icrasına xüsusi diqqət yetirmişdir.Görülən işlər yaşayış məhlələrinin daha səliqəli, təhlükəsiz olmasına, sakinlərin gündəlik rahatlığının artırılmasına xidmət edir.Sakinlər rayonda aparılan abadlıq və yenidənqurma işlərini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button