Cəmiyyət
Bərdə şəhər 10 sayılı körpələr evi-uşaq bağçasında “Novruz şənliyi” təşkil olunub.

Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasında Novruz şənliyi keçirilib. Tədbirdə bağça kollektivi və balaca fidanlar iştirak ediblər. İlk öncə bağça müdiri Leyla Məmmədova tədbir iştirakçılarını salamlayıb və balaca fidanlara Novruz bayramı, çərşənbələr haqqında geniş məlumat verib. Bayram libaslarında olan uşaqlar böyük sevinclə şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Sonra Novruzun simvolları olan Kosa və Keçəl məclisə daxil olublar. Onların gəlişi uşaqların sevincinə sevinc qatıb. Kosa və Keçəlin məzəli söhbətləri, uşaqlarla oyunları bayramı daha da maraqlı edib.







