Gündəm

3 Sentyabr 1991 Ümidin yenidən doğduğu gün!

🇦🇿Bu gün tariximizin unudulmaz dönüm nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi ilə xalqın iradəsi bir daha qalib gəldi. O gün Naxçıvanda yalnız bir şəxs yox,bir millətin taleyi ayağa qalxdı. Liderinə güvənən xalq, dövlətinə sahib çıxan Vətən! Bu tarix bizə göstərdi:ümid itəndə Heydər Əliyev vardı, inam zəifləyəndə o, millətin yanında dayanırdı. 3 sentyabr – sadəcə bir tarix deyil, Azərbaycanın sabaha baxışıdır.🇦🇿Bu yolun davamı var…və bu yolun adı: İlham Əliyevdir!Heydər Əliyevin başlatdığı xilaskar missiya, müasir Azərbaycanın quruculuğu– bu yolda addımlar dayanmadı.Bu yolu Prezident İlham Əliyev davam etdirdi – inamla, iradə ilə, zəfərlə!O, yalnız bir dövlət başçısı deyil, O – atasının mirasını şərəflə daşıyan, xalqın etimadını qələbəyə çevirən liderdir! Torpaq həsrətinə son qoyan, Qarabağı azad edən Ali Baş Komandandır!“Mən hər zaman xalqımın yanındayam” bu sözlər bu gün əməllərlə möhürlənib.O, tribunada deyil, səngərdə səs verdi! Diplomatiyada – qürurla, Döyüş meydanında – şərəflə danışdı!🇦🇿 Bu gün Azərbaycan yalnız regionda yox, dünyada söz sahibidir. Bunun arxasında Heydər Əliyev siyasəti və İlham Əliyev liderliyi dayanır.Yol davam edir…Bu yol – inkişafın, gücün, birliyin və Zəfərin yoludur!…Və bu yolda xalqının torpaq həsrətinə son qoyan, Qarabağı azad edən, şərəfli zəfərin memarı olan Ali Baş Komandanımız təkcə qalibiyyətin yox, həm də sülhün rəmzidir. O, bizə göstərdi ki, güc yalnız silahla deyil -vətən sevgisi,birlik və iradə ilə qazanılır. İndi isə bu gücü sülhə yönəltmək, yaraları sağaltmaq, gələcəyi qurmaq zamanıdır.Çünki əsl qalib odur ki, savaşı bitirdikdən sonra sülhü davam etdirə bilsin. Qarabağ azaddır – indi sülh içində yaşamaq bizim haqqımızdır!Sülhqələbənin zirvəsidir. Sülhgələcəyin yoludur.Sülhxalqın ən böyük zəfəridir!Turanə Orucova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button