Cəmiyyət

Bərdədə 27 sentyabr -Anım Gününün beşinci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli ” çərçivəsində 27 sentyabr -Anım Gününün beşinci ildönümü ilə bağlı Bərdə-Ağdam magistral avtomobil yolunun rayonun Şirvanlı-Əliyanlı, Uğurbəyli, Kətəlparaq, Kələntərli kəndləri ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Təşkil edilən ağacəkmə aksiyasında Bərdə Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşları və rayon sakinləri fəal iştirak ediblər.

Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 500 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button