Siyasət

Bərdə rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Bərdə rayonunda ilk dəfə səs verən gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təbliğat qrupunun üzvləri şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, Qasım Hacıyev, Yaşar Zamanov, Məhərrəm Şəfiyev, Aqşin Hacızadə, Elçin Cəfərli, Kəmalə Rəfibəyli və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət və möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

İlk dəfə səs verəcək olan gənclər YAP-ın namizədini dəstəklədiklərini bildiriblər.

Görüşdə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button