Siyasət

Tarixi Şəxsiyyət…Tarixi Qələbə…

2023-cü ilin sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdikləri terror aktı Azərbaycanı lokal antiterror tədbirlərinə başlamasına rəvac verdi. Qarşı tərəfin qısa zamanda – 23 saat 43 dəqiqə ərzində irəli sürülən şərtlərlə razılaşmasıAzərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsiidi.2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həmdə suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.Beləliklə,2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imzaatdı. Beləki, Müzəffər Ali BaşKomandan, Prezident cənab İlham Əliyevin “Dəmir Yumruq” siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüzildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 101 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünüdə yenidən təmin etdi.Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Bu gün doğma Qarabağımız, Şərqi Zəngəzur yenidən qurulur. Artıq Böyük Qayıdış başlayıb. Bu il Şuşaya, Cəbrayıla,Laçına,Füzuliyə keçmiş köçkünlər qayıdır və yaxın illərdə işğaldan azad olumuş digər ərazilər də Böyük Qayıdışın olacağı qaçınılmazdır. Separatçıların tikdikləri binalar sökülür, onların yerində yeni binalar tikilir. Azərbaycan xalqı əmindirki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilər qısa müddətdə tam bərpa olunacaq, insanlar doğma yurdlarına qayıdaraq xoşbəxt ömür sürəcəklər.Cənab Prezident İlham Əliyevin 10 may tarixində Şuşa şəhərinə köçürülmüş sakinlərlə görüşü ölkəmizin qüdrətini, mübarizəmizin haqq və ədalət naminə olmağını, xalqımızın qürurunu birdaha sübut etdi.Prezident İlham  Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında olarkən çıxış edərək qeyd etmışdir:”Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir”

Mən Azərbaycan vətəndaşı olaraq inanıram ki,Müzəffər Ali Baş Komandanımızın yerinə yetirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan özünün tarixi və əzəli torpaqlarına –Şərqi Zəngəzura da qovuşacaq,hər bir Azərbaycan vətəndaşı öz yurd – yuvasında məskən salacaqdır.

Gülnarə Əliyeva , YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə rayonu A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin direktoru .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button