
Qerbiazerbaycanaz.tv media xəbər verir ki,6 yanvar 2026-cı il tarixdə Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov 2025-ci ildə Bərdə Bələdiyyəsinin sədri Ruslan Əhmədov işini düzgün quraraq əldə etdiyi nailiyyətlərə və rayonun ictimai sosial heyatında fəal iştirakına görə Şuranın fəxri fərmanını təqdim edib.Təltif mərasimində çıxış edən Yaşar Zamanov Ruslan Əhmədovun bələdiyyə sədri kimi fəaliyyətini yüksək qiymətləndirərək, onun yerli idarəçilikdə nümayiş etdirdiyi məsuliyyətli yanaşmanı, sakinlərlə daim ünsiyyətdə olmasını və sosial məsələlərə həssas münasibətini xüsusi vurğulayıb. O bildirib ki, bu cür nümunəvi fəaliyyət Rayonun digər bələdiyyələri üçün də örnək olmalı və yerli özünüidarəetmədə şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına mühüm töhfə verməlidir.Daha sonra Bərdə Rayon Ağsaqqallar Şurasının sədr müavini Yamən Qasımzadə çıxış edərək Ruslan Əhmədovun həyata keçirdiyi təşəbbüslərin rayonun sosial-iqtisadi inkişafına xidmət etdiyini, əhalinin problemlərinin həllinə operativ yanaşdığını qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Ruslan Əhmədov isə göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, bundan sonra da bələdiyyə fəaliyyətinin daha da təkmilləşdirilməsi, sakinlərin rifahının yüksəldilməsi və yerli problemlərin həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.Qeyd edək ki, fəxri fərmanın təqdim olunması Bərdə Bələdiyyəsinin fəaliyyətinə verilən yüksək qiymətin, eyni zamanda vətəndaş məmnuniyyətinə və yerli idarəçiliyin şəffaflığına göstərilən diqqətin bariz nümunəsidir.





