Gündəm

Horovlu sakini: Bu günü səbirsizliklə gözləyirdik

“Yaşadığım bu xoşbəxtliyi bütün keçmiş məcburi köçkünlərə arzulayıram”. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, bunu bu gün Cəbrayıl rayonu Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Solmaz Ağayeva deyib.”Torpaqlarımız işğaldan azad olunandan sonra bu günü səbirsizliklə gözləyirdik. Artıq bizim üçün yeni həyat başlayır, daha ömrümüzün ən nəşəli günləri orada keçəcək. Geri qayıdacağımızı gözləyirdik. Çünki insan yaşadığı yeri abadlaşdırır. Amma ermənilər bizim torpaqları xaraba qoyub. Onların işğal etdiyi ərazilərdə yaşamaq fikri yox idi, sadəcə bizə zülm etdilər. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”, – deyə Horovlu sakini əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button