Cəmiyyət

QIZILGÜLDƏ NOVRUZ ADƏTLƏRİ

Qızılgül (Ayısəsi) Dərələyəz mahalı Keşkənd rayonunda kənddir. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Mənbələrdə kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır.1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

 Qızılgülün Novruz adətləri barədə yazmağımın məqsədi bu bayramın özünəməxsus şəkildə qeyd edilməsini diqqətə çatdırmaqdır.

Qızılgül kəndi

Qızılgül kənd sakini, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon üzrə nümayəndəliyinin Baş məsləhətçisi Bağırov Mönsüm Vəliyəddin oğlu–İlk olaraq qeyd edim ki, Novruz bayramının əsas atributlarından biri səməni bayrama 10-15 gün qalmış cücərdilirdi, yumurta müxtəlif rənglərlə boyanardı, şəkərbura, paxlava və cürbəcür şirniyyatlar hazırlanardı. Qapılara torba ilə gələn uşaqlara bayram payı verə bilmək üçün hamı hazırlıq görərdi. İlaxır çərşənbədə soyuq və qarlı hava belə olsa, kəndin iki yüksək yerində böyük maşın şinləriylə ocaqlar qalanardı, səhər kənd camaatı oyananda görürdü ki, ocaqlar hələ də yanır. Yaşından asılı olmayaraq hər kəs qapı pusurdu ki, xoş sözlər eşitsin və həyatı uğurlu olsun. Bu da inanclardanbiridir.Maraqlı adətlərdən biri də sulamadır. Soyuq hava olsa da, cavanlar bir-birinin başına vedrə ilə  su tökərdi və heç kim də inciməzdi. Bayramda küsülü qalmazdılar, hamı barışardı. Yumurta döyüşdürmə adəti də belə idi ki, böyüklər 1-2 vedrə yumurtayla yumurta qatarı düzəldərdi və kimin yumurtası sınmasa,bütün yumurtalar onun olurmuş.

Doğma kəndimizin həsrətindəyik.Əminik ki, kəndimizə qovuşacağımız gün uzaqda deyil və Novruz bayramını kəndimizdə qeyd edəcəyik.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Osman Azad oğlu Əhmədzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button