Azərbaycan Dillər Universitetinin fəxri məzunu Vüsal Hümbətzadə ilə – MÜSAHİBƏ

Azərbaycan Dillər Universitetinin fəxri məzunu Vüsal Hümbətzadə ilə – MÜSAHİBƏ- Əvvəlcə özünüz haqqında məlumat verinAzərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasına 2020-ci ildə qəbul olun 2024-cü ildə həmin ixtisas üzrə məzunu olmuşam. – Universitetdə oxuyarkən digər tələblərdən nə ilə fərqlənmisiniz? Ümumiyyətlə, universitetdə necə oxuyurdunuz?Universiteti əla qiymətlərlə bitirmişəm. Hər zaman mən müəllimlərimi, onlar da məni sevib. Digər tələbələrdən fərqlənmək deməyək, amma özüməməxsus məni mən edən şeylər olub. Bunlara başda idarəetmə qabiliyyətim və özümə güvənim olmaqla, digər spesifik xüsusiyyətlərim də daxildir.- Bakalavriat təhsilindən sonra planlarınız nədir?Universiteti bitirdikdən sonra əsas hədəflərimdən biri magistratura səviyyəsi üzrə təhsil almaqdır. Təhsil müddətində isə, Erasmus proqramı vasitəsilə digər bir ölkədə 1 semestr təhsil almağı arzulayıram. Çünki, fərqli universitet, fərqli ölkə və fərqli millət mənim dünyagörüşümü maksimum dərəcədə genişləndirəcək və mənim şəxs kimi formalaşmağıma daha çox töhfə verəcəkdir. Təhsilimi bitirdikdən sonra, təbii ki, Vətənə geri dönərək karyera planlarımı həyata keçirəcəyəm.Könüllü fəaliyyətlərinizdə ən çox yadda qalan hadisə nə olub?Mən 30-dan çox könüllü təşkilatlarda fəaliyyət göstərmişəm. “Ədliyyə könüllüləri”, “Bir könüllü”, “Miqrasiya könüllüləri”, “Diplomatiya könüllüləri” və s. ADU-da isə “Gənc politoloqlar qurumu”nun sədri olmuşam. Könüllü fəaliyyətimdə ən yadda qalan hadisə Elm və təhsil naziri Emin Əmrullayevin və Baş Nazir Əli Əsədovun akti.v könüllü fəaliyyətimə görə mənə sertifikat və fəxri fərmanla təltif etmələri olub. Eyni zamanda “Diplomatiya könüllülərində” Ayxan Hacıyevin mənə arayış verməsi ən yadda qalan hadisələrdən biri olub.- Bu qədər istedadlı tələbə olmağı nəyə və kimə borclusunuz? İsedadlı tələbə olmağımı təbii ki, öncə ailəmə borcluyam. Valideynlərim hər zaman mənim təhsilimə dəstək olurlar. Bundan əlavə, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev başda olmaqla müəllimlərimə böyük minnətdarlığımı bildirirəm ki, onlar bizim uğur əldə etməmiz üçün mühüm addımlar atırlar.Müsahibəni aldı: jurnalist Nərmin Hacıyeva