Gündəm

Bərdədə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq, Bərdə rayonunda növbəti yaşıllaşdırma aksiyası uğurla həyata keçirilib. Tədbir şəhərin giriş hissəsi və Yevlax Bərdə avtomobil yolunun kənarında təşkil olunub.

Aksiyada Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, və icra nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində əraziyə çoxsaylı Eldar şamı tingləri əkilib, mövcud yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və ətraf mühitin qorunmasına yönəlmiş digər işlər həyata keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında bildirib: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik və quruculuq siyasəti bu gün Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il ‘Şəhərsalma və Memarlıq İli’ elan olunması şəhər və rayonlarımızın daha abad, müasir və ekoloji baxımdan sağlam mühitə malik olmasına xidmət edən mühüm qərardır. Həyata keçirilən yaşıllaşdırma aksiyaları yalnız şəhərin estetik görünüşünü yaxşılaşdırmaqla kifayətlənmir, həm də gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşmasına böyük töhfə verir. Bu tədbirlər rayonumuzda il ərzində ardıcıl şəkildə davam etdiriləcək və Bərdə şəhərinin müxtəlif ərazilərində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçiriləcək.” Rayon rəhbəri həmçinin əlavə edib ki, belə tədbirlər yalnız ağacəkmə ilə məhdudlaşmır; eyni zamanda mövcud yaşıllıq sahələrinin qorunması, parkların yenidən qurulması və ictimai məkanların estetik baxımdan təkmilləşdirilməsi işləri də davam etdiriləcək. Bu layihələr şəhər sakinlərinin rahat və sağlam yaşayış şəraitini təmin etməyə xidmət edir.

Sonda vurğulanıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bərdə rayonunda həyata keçirilən bütün layihələr şəhərin müasir inkişafına, ətraf mühitin qorunmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verəcək. Rayon rəhbəri bildirib ki, belə təşəbbüslər davamlı xarakter daşıyacaq və il ərzində ardıcıl şəkildə həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button