GündəmXəbərlər

Bərdədə fermerlər üçün subsidiya sistemi ilə bağlı maarifləndirici tədbir keçirilib

Bərdə Rayon İcra Hakimiyyətində fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsinə dair maarifləndirici tədbir keçirilmişdir.“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27.06.2019-cu il tarixli 759 nömrəli Fərmanının 8-ci hissəsinin icrası ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər şəxsləri, Bərdə DAİM-in əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişdir. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsi, bu sahədə maarifləndirmənin həyata keçirilməsində iştirak ilə bağlı məsələlər müzakirə olunmuş və sahə üzrə məsul olan şəxslərə maarifləndirmə tədbirlərinin davamlı həyata keçirilməsi tapşırılmışdır. Tədbir qarşılıqlı diskussiya şəraitində keçirilmiş və fermerlərin sualları cavablandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button