Xəbərlər

Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə 20 Yanvar Faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar olaraq tədbir və dərslər keçirilib.

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatın artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, 20 Yanvar Faciəsinin Azərbaycan suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda gedən mübarizənin rəmzi kimi qeyd olunması məqsədi ilə “20 Yanvar -Ümumxalq hüzn günü” ilə bağlı hazırlanan tədbirlər planı mühüm əhəmiyyət kəsb edir.Tədbirlər planına müvafiq olaraq yanvarın 17-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Camal Allahyarovun təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbir keçirildi.#EduAz #MÜTDA #QarabağRT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button