Elimizin obamızın nur üzlü Ağbirçəyi Zəhra Nənə, 1929- cu ildə Dərələyəz mahalının Ələyəz kəndində anadan olub.

Dərələyəz mahalının Ələyəz kəndindən olan Zəhra Nənə,1929- cu ildə Dərələyəz mahalının Ələyəz kəndində anadan olub.1948-ci ildə öz dədə-baba torpaqlarından ailə üzvləri ilə birlikdə zorla deportasiya olunublar. O, ildən bu günə kimi Bakı şəhərində yaşayırlar. Zəhra nənə 1953-cü ildə Ali Sovetin deputatı seçilib. Zəhra nənəni tanıdığıma çox sevindim, az da olsa bizim o, eldən bilikləndim. Zəhra nənə demək olar böyük bir qəhrəman olub, yazmaqla izah etmək olmaz.Eyni zamanda Zəhra nənə böyük bir kitabdır. Bizim Qərbi Azərbaycan elindən çox biliklidir. Dərələyəzdə doğulub və gənclik dövrünü Dərələyəz də yaşayıb. Belə nənələrimizdən bir kitab yazmaq olar.Zəhra nənə bir sübutdur ki, Qərbi Azərbaycan torpaqları Azərbaycanın ayrılmaz bir hissəsidir.
Zəhra nənə deyir,bala bizim yurdan nə deyirlər ? Nə xəbər torpaqlarımızı navaq qaytaracaqlar ? Dedim: – Zəhra nənə səbirli ol, Qarabağımız işğaldan azad olunduğu kimi yaxın günlərdə Qərbi Azərbaycan torpaqlarımız da, Erməni tapdağından azad olunacaq. Zəhra nənə o günü səbirsizliklə gözlədiyini dedi və gedib öz evimi tapıb orda yaşayacağını dedi. Allah o günü Zəhra nənəyə bizlərə qismət eləsin.
Vaqif Məhəmməd oğlu



