Cəmiyyət

Azərbaycanda baş həkim istefa verdi

Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov işdən çıxıb.

Bu barədə o, rəsmi “Facebook” səhifəsində paylaşım edib.

“İki ilə yaxın Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Bütün xəstəxananın kollektivinə uğurlar arzulayıram və mənimlə bu müddət ərzində işlədiklərinə görə minnətdarlığımı bildirirəm”, – deyə F.Təqdirov paylaşımda qeyd edib.  (Qaynarinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button