Dünya

Qazaxıstanda qar fırtınası səbəbindən 40 maşın bir-birinə girdi – SANİYƏBƏSANİYƏ VİDEO

Qazaxıstanın şimalında, Astana-Şuçinsk magistralında güclü qar fırtınası nəticəsində böyük zəncirvari yol qəzası baş verib.

Polis idarəsinin məlumatına görə, hadisədə 40 avtomobil toqquşub.

İlkin məlumatlara görə, qəza hava şəraitinin kəskin pisləşməsi, güclü külək və görmə məsafəsinin azalması səbəbindən baş verib. Xoşbəxtlikdən, hadisə zamanı insan itkisi barədə məlumat daxil olmayıb, lakin bir neçə nəfər xəsarət alıb.

Yol polisi və xilasedicilər hadisə yerində işlərini davam etdirirlər. Magistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Musavat.com hadisənin görüntülərini təqdim edir.

https://t.me/TVmusavat/105139?embed=1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button