Dünya

Rusiyada 250 ilin ən sərt qışı gəlir – sinoptiklərdən ciddi xəbərdarlıq

Musavat.com xəbər verir ki, rusiyalı hava mütəxəssisləri qarşıdan gələn qış mövsümünün son 250 ilin ən soyuq dövrü ola biləcəyini açıqlayıblar.Proqnozlara görə, ölkənin böyük hissəsində temperatur kəskin aşağı düşəcək, güclü qar fırtınaları və rekord yağıntı ehtimalı yüksəkdir.Arktik hava axınlarının fəallaşması nəticəsində soyuq dalğaların tez-tez təkrarlanacağı gözlənilir. Bir çox bölgələrdə temperatur iqlim normasından xeyli aşağı olacaq ki, bu da nəqliyyat, enerji infrastrukturu və gündəlik həyat üçün əlavə problemlər yarada bilər.Sinoptiklərin xəbərdarlığını nəzərə alan yerli hakimiyyət orqanları artıq fövqəladə vəziyyət planlarını yenidən gözdən keçirməyə başlayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button