Azərbaycan Respublikası Milli Məclisinin deputatı Günay Ağamalı Türk Cumhuriyyətinin qurulmasının 101 illiyi münasibətilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiricənab Cahit Bağçıya təbrik ünvanlamışdır

Təbrikdə deyilir:Hörmətli cənab Səfir! Qardaş Türk xalqını Cumhuriyyətin 101 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.Əsrlərin sınağından keçmiş Türkiyə – Azərbaycan qardaşlığı bu gün olduğu kimi 101 il öncə də Çanakkala, Dumlupınar, Sakarya da azadlıq və hürriyyət naminə çiyin-çiyinə savaşmış və düşmənlər üzərində tarixi zəfər çalmışdır.Qazi Mustafa Kamal Atatürkün ideyalarını yaşadan Türkiyə Cumhuriyyəti bu gün dünyamiqyasında siyasi gücə sahib olmaqla milyonlarla məzlum insanın ümid yeri olmuşdur.Türkiyənin müstəqilliyi, demokratiyası və milli birlik ruhu üçün mübarizə aparan bütün qəhrəmanlarımızı anaraq, Cumhuriyyət bayramının sevincini paylaşmaqdan qürur hissi duyuram.Bayramımız mübarək olsun!Dərin hörmətlə, Günay Ağamalı Milli Məclisin deputatı.
29 oktyabr 2024-cü il
