Cəmiyyət

Bərdə şəhər Milli Qəhrəman Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbdə 28 may Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Respublika günü – 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. Bu münasibətlə 26.05.2024-ci il tarixdə Bərdə şəhər Milli Qəhrəman Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbdə tədbir keçirildi tədbirdə pedaqoji heyət valdeynlər iştirak edib.
Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Məktəbin direktoru Vüsalə Musayeva 28 May Respublika günü haqqında ətraflı məlumat verib bu günün tarixi əhəmiyyətindən danışdı. Məktəbin şagirdləri Respublika gününə həsr olunmuş şeir və mahnılar ifa etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button