Siyasət

Andrey Babiş Azərbaycana gəldi – Foto/Yeniləndi

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.

***

Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqı (Aİ) hüdudlarından kənara ilk rəsmi səfərini Azərbaycana edir.

Publika.az xəbər verir ki, bu barədə A.Babiş “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Azərbaycan. Aİ xaricinə ilk rəsmi səfərim yeni başlayır”, – deyə baş nazir yazıb.

Photo
Photo
Photo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button