Xəbərlər

Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin 40 nəfər şagirdi Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində yarımfinal turuna vəsiqə qazanmışdır.

Bildiyimiz kimi, Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin 40 nəfər şagirdi Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində yarımfinal turuna vəsiqə qazanmışdır. Bu münasibətlə 17.01.2025-ci il tarixində Bərdə Rayon Ağsaqqallar Şurasının sədri və şura üzvləri məktəb-liseyimizdə yarımfinal turuna vəsiqə qazanmış şagirdlərimiz və həmin şagirdlərin uğurunda əməyi olan müəllimlərimizlə görüş təşkil etdilər. Görüş zamanı şagirdlərimizin uğurlarından söz açıldı və olimpiadanın növbəti mərhələsində də uğurlar arzulandı. Görüşün sonunda üç nəfər müəllimimizə (Pakizə Məmmədova, Heyran Abdullayeva, Ziyafət Quliyeva) və qırx nəfər şagirdimizə Ağsaqqallar Şurası tərəfindən “Təşəkkürnamə”lər və “hədiyyə”lər təqdim edildi.Göstərdikləri diqqətə görə başda Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov olmaqla bütün şura üzvlərinə kollektivimiz adından təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button