Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru təltif olundu.

May ayının 10 da Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Mən Fəxr Edirəm ki, Azərbaycanlıyam” adlı Beynəlxalq foklor rəqs və yaradıcılıq festival keçirilmişdir. Quba rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi festivalın keçirilməsinə dəstək olmuşlar. Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova fəxri fərmanla təltif olunmuşdur. Aynürə müəllimə Vətənini, xalqını sevən insandır və ən əsası Ziyalı bir ailənin üzvüdür. Biz də bu münasibət ilə Aynurə müəlliməni təbrik edir, gələcək həyatında uğur və müvəffəqiyyətlər arzu edirik.
Tədbirdə Respublikada fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzləri iştirak etmişdir eyni zamanda qardaş ölkələrdən Türkiyədən, Qazaxstandan, Qırğızstandan qonaqlar gəlmişdir