GündəmXəbərlər

Bərdə Rayon Mərkəzi Xəstəxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, müavinlər, şöbə və bölmə müdirləri, baş və böyük tibb bacıları, eləcə də müxtəlif ixtisaslardan olan tibb personalı iştirak edib.Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. Bildirilib ki, bu gün də onun elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər akademikin uzaqgörənliyini və böyük hədəflərə nail olduğunu bir daha sübut edir. Diqqətə çatdırılıb ki, görkəmli oftalmoloq Zərifə Əliyevanın həyat fəlsəfəsi və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün örnəkdir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər və ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmlənib.Daha sonra həkim-oftalmoloq Ramilə Əhmədova çıxış edərək bildirib ki, Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, səmərəli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq zəruri idi. Zərifə Əliyeva məhz belə bir dövrdə Moskvadan Vətənə qayıdaraq 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb və elmi fəaliyyətinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. O, bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələr əldə edib.Tədbirin sonunda videoçarx nümayiş olunub.Daha sonra Bərdə şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə tədbir keçirilib.#BərdəRayonMərkəziXəstəxanası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button