GündəmXəbərlər

Azərbaycan artıq Avropa məkanında etibarlı və strateji tərəfdaş kimi qəbul olunu.

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs-in ölkəmizə rəsmi səfəri və Prezident İlham Əliyev ilə keçirilən görüşlər Azərbaycan–Latviya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər.Hesab edirəm ki, bu səfər bir daha göstərdi ki, Azərbaycan artıq Avropa məkanında etibarlı və strateji tərəfdaş kimi qəbul olunur. 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin bu gün real məzmunla zənginləşdirilməsi və əməkdaşlığın konkret sahələr üzrə genişləndirilməsi xüsusi diqqət çəkir. Bu isə münasibətlərin yalnız formal deyil, qarşılıqlı maraqlara əsaslanan möhkəm təməllər üzərində qurulduğunu göstərir.Eyni zamanda, birbaşa uçuşların təşkili ilə bağlı aparılan müzakirələr ölkələr arasında əlaqələrin daha da intensivləşməsinə xidmət edə bilər. Bu addım həm turizm, həm biznes, həm də humanitar əlaqələrin inkişafına əlavə impuls verəcək mühüm təşəbbüs kimi dəyərləndirilə bilər.Xüsusilə iqtisadi sahədə səsləndirilən fikirlər onu deməyə əsas verir ki, qarşıdakı dövrdə əməkdaşlıq daha praktik və nəticəyönümlü olacaq. Şuşa şəhərində keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakı şəhərində təşkil olunan biznes forum göstərir ki, tərəflər investisiya, ticarət və birgə istehsal sahələrində real addımlar atmağa hazırdır. Düşünürəm ki, bu istiqamətdə atılacaq addımlar qarşılıqlı iqtisadi faydanın artmasına ciddi töhfə verəcək.Eyni zamanda, humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması və insanlar arasında təmasların genişlənməsi münasibətlərin daha dərin və davamlı xarakter almasına xidmət edir.Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Xüsusilə Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı qeyd olunan məqamlar siyasi iradənin və strateji yanaşmanın nə qədər önəmli olduğunu bir daha təsdiqləyir.Bu baxımdan hesab edirəm ki, aparılan məqsədyönlü siyasət və qarşılıqlı siyasi iradə nəticəsində Azərbaycan–Latviya münasibətləri yaxın gələcəkdə daha yüksək səviyyəyə yüksələcək və bu əməkdaşlıq hər iki ölkənin inkişafına müsbət təsir göstərəcəkdir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button