GündəmXəbərlər

Bərdə rayonunda baytarlıq xidmətlərinin təkmilləşdirilməsinə həsr olunmuş tədbir keçirildi

“Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli, 998 nömrəli Fərmanının 6-cı bəndinin icrası ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilmişdir. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin, Aqrar Xidmətlər Agentliyinin Bərdə Rayon Heyvan Sağlamığı və Baytarlıq Xidməti İdarəsinin əməkdaşları iştirak etmişdir. Çıxış edənlər baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bildirmiş və onların təklifləri nəzərə alınmışdır. Bundan əlavə rayon ərazisində baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı baytarlıq subyektlərinə zəruri köməkliklərin göstərilməsi məqsədilə bu sahədə məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Tədbir qarşılıqlı diskussiya şəraitində keçirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button