İqtisadiyyat

Azərbaycanda qaymaq və xama istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 664,9 ton qaymaq və xama istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 2,8 % azalaraq 8 min 436,9 tona çatıb.

Martın 1-nə respublikada 1,2 ton qaymaq və xama, 41,7 ton isə pendir və kəsmik ehtiyatı yaranıb ki, bu da, illik müqayisədə müvafiq olaraq 12 dəfə çox və 2,9 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button