
Ramazan ayının mənəvi dəyərlərini və həmrəyliyimizi əks etdirən növbəti xeyirxah tədbir Salyan rayonunda keçirildi. Vətən Müharibəsi qazisi Taleh Camalovun təşəbbüsü ilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olundu. Təşkil olunan iftar süfrəsi Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ailələrinə diqqət və qayğının ifadəsi idi. İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, onların ruhlarına dualar oxundu.Şəhid ailələri dövlətimizin və xalqımızın daim yüksək ehtiram və diqqət göstərdiyi müqəddəs dəyərlərimizdəndir. Onlara göstərilən qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu siyasət ardıcıl şəkildə davam etdirilir. Ramazan ayı mərhəmət, paylaşmaq və birlik ayıdır. Bu cür təşəbbüslər cəmiyyətimizdə həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.Şəhid ailələrinə göstəridiyi diqqət və qayğıya görə Vətən Müharibəsi qazisi, əziz qardaşım Taleh Camalova təşəkkürümü bildirirəm. Azərbaycan xalqı var olduqca şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq.Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri.





