
Şəhər 6 nömrəli tam orta məktəbdə narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilibTərtər Rayon İcra Hakimiyyəti , rayon polis şöbəsi və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 6 nömrəli tam orta məktəbdə narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbilr keçirilib.Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovnik–leytenantı Rüfət Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Rəvan Həsənov, rayon icra hakimiyyəti başçısı aparatında Hüquq və kadr məsələləri sektorunda hüquqşünas Çingiz İsayev, Tərtər–Ağdərə rayonları üzrə Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, ”Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova iştirak ediblər.Rayon polis şöbəsinin rəisi Rüfət Məmmədov çıxış edərək, müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.Polis rəisi həmçinin kibercinayətkarlıq hallarına qarşı vətəndaşlar tərəfindən görülməli olan ehtiyat və təhlükəsizlik tədbirləri ilə bağlı da tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.Sonra erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat verilib.Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında Hüquq və kadr məsələləri sektorunun əməkdaşı Çingiz İsayev,rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev və “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova da çıxış ediblər.Sonda müzakirə olunan mövzularla əlaqəli şagirdlərin sualları cavablandırılıb.





