
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Kətəlparaq kəndində fəaliyyət göstərən, Ağayev İsmayıl Mirağa oğluna məxsus “Ağ Saray” şadlıq sarayında yoxlama keçirib.Bu barədə XQ-yə AQTA-dan məlumat verilib.Bildirilib ki, baxış zamanı şadlıq sarayında etiket məlumatları olmayan qida məhsulunun istehlaka təqdim edildiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.



