
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 2025-ci il ərzində aparılmış monitorinq və xronometraj tədbirlərinin nəticələrinə əsasən Tərtər şəhərində fəaliyyət göstərən sahibkarlıq obyektlərində yığılan məişət tullantılarının yığımı və daşınmasının mövcud vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilmişdir.Bununla əlaqədar, şəhər ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məişət tullantılarının daşınması üçün müqavilə bağlanmasına cəlb edilməsi, eləcə də bu sahədə işin daha səmərəli təşkili və optimallaşdırılması məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq Komissiyanın yaradılması barədə sərəncam imzalanmışdır.Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Komissiya üzvləri ilə görüş keçirmişdir.Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının, Tərtər Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin Heyvan Sağlamlığı və Baytarlıq Nəzarəti sektorunun, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin, Tərtər Rayon Mənzil İstehsalat Təmir İstismar Sahəsinin, Tərtər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Tərtər şəhər İƏD üzrə nümayəndəliyin komissiya üzvü olan rəhbər şəxsləri və əməkdaşları iştirak etmişlər.Rayon rəhbəri çıxış edərək vurğulamışdır ki, məişət tullantılarının vaxtında yığılması və daşınması şəhərin sanitariya vəziyyətinin qorunması, əhalinin sağlamlığının təmin edilməsi və ümumi abadlıq işlərinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə sahibkarlıq obyektlərinin müvafiq xidmətlərə cəlb olunması, tullantıların daşınması üzrə müqavilələrin bağlanmasının təmin edilməsi və nəzarət tədbirlərinin gücləndirilməsi Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olacaqdır.Görüş zamanı Komissiyanın fəaliyyətinin təşkili, qarşıda duran vəzifələr, görüləcək tədbirlər və əməkdaşlıq mexanizmləri müzakirə olunmuş, aidiyyəti üzrə tapşırıqlar verilmişdir.






