
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Milli Məclisin deputatı, eyni zamanda Ana Vətən Partiyasının sədri Günay Ağamalı tərəfindən təltif olunmağım mənim üçün böyük qürur və məsuliyyətdir. Bu, təkcə şəxsi qiymətləndirmə deyil, eyni zamanda gənclərin cəmiyyət həyatındakı roluna verilən yüksək dəyərin bariz nümunəsidir.Günay Ağamalı qısa müddət ərzində Ana Vətən Partiyasına sədr seçildikdən sonra partiyanın fəaliyyətində ciddi canlanma yaradıb. Onun təşəbbüsləri nəticəsində partiya yeni nəfəs qazanıb, gənclərin fəallığı artıb, ictimai-siyasi proseslərdə iştirak daha da güclənib. Səmimi üslubu, açıq dialoqa üstünlük verməsi və yenilikçi yanaşması Günay xanımı fərqləndirən əsas keyfiyyətlərdəndir.Xüsusilə gənclərə göstərdiyi diqqət və etimad təqdirəlayiqdir. O, gəncləri sadəcə gələcək deyil, bu günün real gücü kimi görür və onların ideyalarına, təşəbbüslərinə hər zaman dəstək verir. Bu yanaşma partiyanın inkişafında və cəmiyyətlə daha sıx əlaqə qurmasında mühüm rol oynayır.Günay Ağamalının rəhbərliyi ilə Ana Vətən Partiyasının daha da güclənəcəyinə, dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən uğurlu fəaliyyətini davam etdirəcəyinə inanıram. Gənclərə verilən bu dəyər isə gələcəyə qoyulan ən möhkəm sərmayədir.
İctimai fəal Vaqif Məhəmməd oğlu.
