GündəmManşetSosialXəbərlər

Tərtərdə yas mərasimləri ilə bağlı yayılan məlumatların yalan olduğu bir daha təsdiqləndi

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Qerbiazerbaycanaz.tv media olaraq Tərtər rayonunda yas mərasimləri ilə bağlı sosial şəbəkələrdə yayılan əsassız məlumatların yalan olduğunu əks etdirən geniş material ictimaiyyətə təqdim etmişdi.

Həmin yazıda rəsmi şəxslərin və din xadimlərinin açıqlamalarına yer verilmiş, yayılan iddiaların heç bir faktiki əsasa söykənmədiyi açıq şəkildə göstərilmişdi.

Mövzu ilə bağlı daha bir mühüm fakt da ortaya çıxıb.

Sosial şəbəkələrdə adı hallanan Tamilla Qulami öz şəxsi hesabında açıqlama verərək bildirib ki, onun adından yayılan fikirlər həqiqətə uyğun deyil. O, bu mövzuda heç bir müsahibə vermədiyini bəyan edib. Aparılan araşdırmalar zamanı, həmçinin Tamilla Qulaminin din xadimi deyil, siyasətçi olduğu müəyyən edilib. Bu faktlar yayılan məlumatların məqsədli şəkildə təhrif edildiyini və cəmiyyətə yanlış təqdim olunduğunu bir daha sübut edir.

Beləliklə, Tərtər rayonunda yas mərasimləri ilə bağlı yayılan məlumatların tamamilə əsassız və dezinformasiya xarakterli olduğu bir daha təsdiqlənmiş olur. Qerbiazerbaycanaz.tv media olaraq bir daha ictimaiyyəti yalnız rəsmi və dəqiqləşdirilmiş mənbələrə istinad etməyə, cəmiyyətdə çaşqınlıq yaradan saxta xəbərlərə qarşı diqqətli olmağa çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button