DünyaXəbərlər

İstirahətsiz işləyən 32 yaşlı proqramçı öldü

Çində uzun saatlar işləyən 32 yaşlı proqramçı Qao Quanhuey vəfat edib. Hadisə onun evdə iş tapşırıqlarını yerinə yetirərkən baş verib. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.Gənc qəfildən huşunu itirib. Qohumları proqramçını xəstəxanaya aparıblar, lakin onu xilas etmək mümkün olmayıb. Ölümün səbəbi ürək çatışmazlığı olub.Qeyd olunur ki, faciədən bir müddət əvvəl Qao şöbə müdiri vəzifəsinə yüksəlib və nəticədə mütəmadi olaraq əlavə iş saatlarında çalışıb.Ailəsi hesab edir ki, onun ölümünün səbəbi həddindən artıq iş yüküdür və təzminat tələbi ilə məhkəməyə müraciət edib.Hadisənin şəraiti və əlavə iş saatları iddiaları ilə bağlı hazırda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button