GündəmManşetXəbərlər

Bu gün El-qızımız Könül Həsənovanın doğum günüdür.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsində çalışan, elmi-pedaqoji fəaliyyəti və ictimai mövqeyi ilə seçilən Könül Həsənovanın doğum günüdür.Könül Həsənova uzun illərdir Azərbaycan filologiyasının inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına layiqli töhfələr verən ziyalı xanımdır. O, rəhbərlik etdiyi fakültədə elm və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.Xüsusilə qeyd olunmalıdır ki, Könül Həsənova Qərbi Azərbaycan mövzularında hər zaman fəal mövqe nümayiş etdirən, tarixi həqiqətlərimizin elmi və ictimai müstəvidə təbliğinə biganə qalmayan ziyalılardandır. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyi, mədəni irsimizin qorunması və tarixi yaddaşın yaşadılması onun çıxışlarında, elmi yanaşmalarında və ictimai mövqeyində öz əksini tapır.Könül Həsənova eyni zamanda Azərbaycan qadınının ziyalılıq, peşəkarlıq və vətənpərvərlik dəyərlərini layiqincə təmsil edən nüfuzlu elm xadimidir. Onun fəaliyyəti gənclər üçün örnək, cəmiyyət üçün isə dəyərli nümunədir.Bu əlamətdar gün münasibətilə Könül Həsənovanı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar və milli-mənəvi dəyərlərimizin keşiyində daim müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə, ictimai fəal Vaqif Məhəmməd oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button