Gündəm

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qətiyyətli siyasi lider, Müzəffər Ali Baş Komandandır” başlığı altında tədbir keçirilib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qətiyyətli siyasi lider, Müzəffər Ali Baş Komandandır” başlığı altında tədbir keçirilib.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazi və müharibə veteranları, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, İƏD-i üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.Tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidentinin siyasi fəaliyyətinin əks etdirən film nümayiş etdirilib.Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müasir Azərbaycanın inkişaf yolundan, respublika prezidentinin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzdan, söz sahibi olmasından, siyasətdə və iqtisadiyyatda qazanılan uğurlardan, Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edərək, bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Qeyd edilib ki, dövlət başçısının apardığı prisipial maraqlara əsaslanan siyasət xalq-lider birliyinin bariz nümunəsidir, xalq hər zaman onun apardığı siyasəti dəstəkləyir.Azərbaycan xalqı tarixi nailiyyətlərin və zəfərlərin müəllifi olan Prezident İlham Əliyev kimi Lideri ilə hər zaman qürur duyur. Çünki Azərbaycan xalqı sözü ilə əməli bir-birini tamamlayan Prezident İlham Əliyevə güvənir. Azərbaycan Prezidentinin sözləri və əməlləri isə Onun xalqın dəstəyindən güc alan lider olduğunu nümayiş etdirir. Elə xalq-lider birliyi, vəhdəti Azərbaycanın həmrəylik və qüvvət simvolu kimi “Dəmir yumruq” ifadəsində də öz rəmzi mənasını tapır. Regionun lider dövlətinin Lideri xalqımızın qürur mənbəyi, ümid yeri və güvən ünvanı olmaqla yanaşı, adını dünya tarixinə əbədi yazdırmış fenomendir!Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, ”Azərbaycan Bayrağı “ ordenli Vətən müharibəsi veteranı Elnur Salahov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb : “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qətiyyətli siyasi lider, Müzəffər Ali Baş Komandandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button