Gündəm
Media sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə İctimai Televiziyanın Qarabağ üzrə xüsusi müxbiri Şöhrət Eyvazov növbəti dəfə təltif olunub.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə Şöhrət Eyvazova “Medianın 150 illiyi” yubiley medalı təqdim edilib.Qeyd edək ki, Şöhrət Eyvazov daha əvvəl də media sahəsindəki uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalı və “TÜRKSOY Media Mükafatı”na layiq görülüb. Bu təltiflər onun yüksək peşəkarlığının və Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrin bariz nümunəsidir.Şöhrət Eyvazovu təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.