Xəbərlər
Tərtər şəhərində abadlıq və təmizlik işləri davam etdirilir

Tərtər şəhəri ərazisində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Komunal Təsərrüfat İdarəsi və “DOST İş Mərkəzi”nin əməkdaşları tərəfindən genişmiqyaslı abadlıq-təmizlik işləri aparılıb. Şəhərin müxtəlif ərazilərində, o cümlədən Nizami küçəsi, Ş.İ. Xətai və Elman Səfərov küçələrində qurumuş ağaclar budanaraq ərazidən daşınıb. Ağacların dibləri bellənib, yeni yaşıllıq zolaqları salınıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilərək suvarma və təmizlik işləri həyata keçirilib. Ərazilər zibil və digər tullantılardan tam təmizlənərək şəhər ekoloji baxımdan daha da səliqəli vəziyyətə gətirilib.




















