Hər bir insanın cəmiyyətə qatacağı dəyər var və bu dəyər məhdudiyyətlə ölçülmür.

Əlilliyi olan şəxslər həyatın müxtəlif sahələrində öz istedadları, biliyi və zəhmətləri ilə böyük nailiyyətlər qazanır, əzm və iradənin simvoluna çevrilirlər. Dünyada bunun örnəkləri kifayət qədərdir.
Dövlətimiz hər zaman əlilliyi olan şəxslərə dəstəyi prioritet istiqamətlərdən biri hesab edib. Ölkəmizdə həyata keçirilən sosial islahatlar, inkluziv təhsil mühiti, reabilitasiya xidmətlərinin genişləndirilməsi onların həyatda daha fəal iştirakına imkan verir.
Bütün əlilliyi olan vətəndaşlarımıza sağlamlıq, güc, iradə və uğurlar diləyirəm. Sizin həyat hekayəniz bir çoxlarına motivasiya, cəmiyyətimizə isə qürur verir.
Unutmayaq ki, ƏLİLLİK ƏNGƏL DEYİL!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini, “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri.
03 Dekabr 2025-ci il.
