Gündəm

Milli Məclisin plenar iclasında 2026-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub

Milli Məclisin plenar iclasında 2026-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunubDekabrın 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri iştirak ediblər.Əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə deputatlar Rövşən Muradov, Nigar Arpadarai, Tahir Mirkişili, Soltan Məmmədov, Könül Nurullayeva, Şahin Seyidzadə, Jalə Əliyeva, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov çıxış ediblər.Deputatlar vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ərzində ölkə başçısının səyləri nəticəsində ölkəmiz dünyanın lider dövlətləri sırasına yüksəlib, ordu quruculuğunda böyük uğurlar əldə edib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində xalq öz Prezidenti ətrafında birləşdi, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Qeyd edilib ki, əldə edilmiş uğurlardan biri də 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata uyğun olaraq dekabrın 1-də Laçın rayonunun döyüşsüz işğaldan azad edilməsidir. Bildirilib ki, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərində yaranmış reallıq sülh gündəliyini inkişaf etdirmək üçün yeni imkanlara yol açıb. Sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin başa çatdırılması, kommunikasiyaların açılması və regional iqtisadi əməkdaşlıq üçün münbit şərait yaradılıb. Bununla yanaşı, post-müharibə dövründə ölkəmiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı kimi məsələlərdə qətiyyətli mövqe nümayiş etdirir. #MilliMeclishttps://www.meclis.gov.az/news.php?id=6482&lang=az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button